İpoteka və Kredit Zəmanət Fondu yarım ildə 15 milyon manata yaxın mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2026-cı ilin yanvar-iyun aylarını 14 milyon 724 min manat xalis mənfəət ilə başa vurub. Fond ötən ilin eyni dövrlərini 12 milyon 669 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 16.2% artım deməkdir.

Banker.az xəbər verir ki, İKZF-nin faiz gəlirləri 2025-cı ilin 6 ayında 54 milyon 430 min manat ikən, 2026-cı ilin 6 ayında 63 milyon 59 min manata yüksəlib (16% artıb).

30 iyun 2026-cı il tarixində  İKZF-nın cəmi aktivləri 4 milyard 150 milyon manat olub ki, bu da illik müqayisədə 13% çoxdur.

Fondun ipoteka kreditləri portfeli 2 milyard 616 milyon manat, satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu 416 milyon 792 min manat təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər