Gələn il Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna 200 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 20% çoxdur.
Vəsaitin 95 milyon manatı güzəştli ipoteka kreditlərinin verilməsi, 5 milyon manatı isə sahibkarların manatla aldıqları kreditlərə görə hesablanmış faizlərə subsidiya verilməsi üçün nəzərdə tutulub.