-1 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanət Fondunda işçilərin sayı azalıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun işçilərinin sayı açıqlanıb.

Banker.az bu barədə Fondun illik hesabatına istinadən xəbər verir.

2021-ci ilin 4-cü rübündə İpoteka və Kredit Zəmanət Fondunun işçilərinin sayı 111 nəfər olub.

Fondun ötən ilin 1-ci rübündə işçi sayı 113 nəfər, 2-ci rübündə 115 nəfər, 3-cü rübdə isə 112 nəfər təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər