6 C
Baku
Monday, December 16, 2024

İpoteka və Kredit Zəmanət Fondunun 50 mln. manatlıq ipoteka istiqrazları yerləşdirilib

14 aprel 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib.

Banker.az Fonda istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 01 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib

Son xəbərlər
Digər xəbərlər