2 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1 milyardı ötüb – rekord

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) aktivlərini 1 il ərzində cəmi aktivləri 33% artaraq 1 milyard 276,58 milyon manatı ötüb.

Banker.az bu barədə məlumatı İKZF-in 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.

Hesabat dövrü ərzində, yəni, 2018-ci ilin əvvəli ilə müqayisədə sonunda 318,2 mln artıb.  Cəmi aktivlərin də 895,27 mln. manatını ipoteka kreditləri təşkil edir. Bildirək ki, ipoteka kreditdirləri portfeli ötən ilin müvafiq dövründə 683,69 mln. manat təşkil edirdi ki, bu da illik portfeldə 211,58 mln. manat artımın olması deməkdir.

Aktivlərin 260,55 mln. manatı ödəniş tarixinədək saxlanılan investisiyalar portfelidir.

1

Təsvir olunmuş diaqramda göründüyü kimi son 4 il ərzində İpoteka Kreditləri Portfelinin cəmi aktivlərəki çəkisi 87%-dən 70%-ə qədər düşüb. Cəmi aktivlərdə isə Qiymətli Kağızların Portfelinin (istiqrazlar)  payı 9%-dən 20%-ə qədər artıb.

Bu da fondun son 4 ildə qiymətli kağızlar bazarına xüsusi diqqətin yaradılması deməkdir. Son illərdə İKZF-in dövlət istiqrazlarını daha böyük həcimdə Bakı Fond Birjasında hərraca çıxardığının müşahidə edirk.

Son xəbərlər
Digər xəbərlər