Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı açıq tender başa çatıb.
Banker.az Fonda istinadən xəbər verir ki, satınalmanın qalibi “RSM Azerbaijan” MMC olub.
Noyabrın 23-də İpoteka və Kredit Zəmanət Fondu və “RSM Azerbaijan” arasında satınalma müqaviləsi imzalanıb.