Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xalis mənfəəti 2018-ci il ərzində 2% artıb.
Banker.az bu barədə İKZF-in 2018-ci il üzrə açıqladığı “mənfəət və zərər ” hesabatına istinad edir.
Fond, 2018- cilin yanvar-dekabr ayları ərzində 47,99 mln. manat faiz gəliri, 17,41 mln. manat faiz xərci edib.
2017-ci il ilə müqayisədə Fond 2018-ci il ərzində faiz gəlirləri 32%, faiz xərcləri isə 36% artıb.
Beləliklə, qurumun xalis mənfəəti hesabat dövründə 19,32 mln. manat təşkil edib. Bununla da Fondun bölüşdürülməmiş mənfəəti 47 milyon 189,89 min manata çatıb.