Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə inzibati binanın və avadanlıqların sığortalanması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 14 590 AZN təşkil edir.
İnzibati bina Bakı şəhəri Bül-bül prospekti 40 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının (binanın tikilmə tarixi 2011-ci ildir) 4 və 5-ci mərtəbəsində olan 2 mərtəbəli qeyri-yaşayış sahəsindən ibarətdir: 4 və 5-ci mərtəbədə yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsi Sifarişçinin mülkiyyətindədir (müvafiq çıxarışların surətləri əlavə olunur) və sığorta məbləği 4 480 875 AZN dəyərində olmalıdır.