Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun işçilərinin sayı açıqlanıb.
Banker.az bu barədə Fondun illik hesabatına istinadən xəbər verir.
2022-ci ilin 4-cü rübündə İpoteka və Kredit Zəmanət Fondunun işçilərinin sayı 122 nəfər olub. 2021-ci ilibn eyni dövründə İKZF-nin işçi sayı 111 nəfər olub ki, bu da illik müqayisədə 11 nəfərin artması deməkdir.
Fondun ötən ilin 1-ci rübündə işçi sayı 112 nəfər, 2-ci rübündə 113 nəfər, 3-cü rübdə isə 117 nəfər təşkil edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.