16 C
Baku
Friday, October 18, 2024

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları hərracda satılıb

8 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2063008687 ISIN-li, 25,000,000.00 manat həcmində, 7200 (7130 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,006.3194 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,000,000.00 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25,000,000.00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.

Son xəbərlər
Digər xəbərlər