15 C
Baku
Friday, March 29, 2024

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun 20,000,000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001.9167 manat qiyməti ilə satışa çıxarılacaq.

Fonddan Banker.az-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 2-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 60,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir. Buraxılışın 20,000,000 manat təşkil edən birinci emissiyası cari il avqustun 28-də yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər