Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 2024-cü il üzrə maliyyə məlumatları açıqlanıb.
Banker.az xəbər verir ki, fond ili 23.378 mln. manat mənfəətlə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 0.6% çoxdur.
Şirkətin ümumi aktivləri də artım göstərib. Bu il yanvarın 1-nə fond aktivləri 3 milyard 328.409 mln. manat olub ki, bu da illik müqayisədə 19.15% çoxdur.
Hesabat dövründə İKZF-nin öhdəlikləri 25.3% artaraq 2 milyard 100.482 mln. manata, nizamnamə kapitalı isə 8.95% artaraq 1 milyard 68.4 mln. manata çatıb.