10 C
Baku
Saturday, November 23, 2024

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 95 mln. manat artırıldı

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilir.

Bununla da fondun nizamamə kapitalı 893 000 000 manata çatdırılıb.

Bu da 12%, yaxud 95 000  000 manat artımdır.

Bu fərmanın icrası “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.11.6.6.1-ci yarımbəndi ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95 milyon manat hesabına təmin edilməsi qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər