25 C
Baku
Sunday, April 28, 2024

İpoteka və Kredit Zəmanəti Fondu 2022-ci ildə ₼20.5 mln. xalis mənfəət əldə edib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun 2022-ci il üzrə gəlirləri artıb və bu mənfəətə də təsir edib.

Banker.az xəbər verir ki, bu barədə İKZF-in illik audit hesabatında bildirilir. Audit hesabatını “Baker Tilly” audit şirkəti aparıb.

Hesabata görə, 2022-ci ildə onun faiz gəlirlərinin həcmi illik müqayisədə 17.3% artaraq 65.99 mln. manat təşkil edib. Faiz gəlirlərinin 47.74 mln. manatı ipoteka kreditləri üzrə olub.

Fondun faiz xərclərinin həcmi 35.54 mln. manat olunca xalis faiz gəlirləri 30.46 mln. manat olub. Bu öncəki ildə 27.7 mln. manat idi.

Beləliklə bütün əməliyyat gəliri və xərcləri fərqindən sonra onun əməliyyat mənfəəti 30.78 mln. manat olub. Bu, 2021-ci ildə 23.68 mln. manat idi.

İKZF-in işçilər üzrə xərci 5.53 mln. manat təşkil edib. Öncəki illə müqayisədə bu 7% çoxdur.

2022-ci ildə fondun xalis mənfəəti 20.48 mln. manat olub. Bu, 2021-ci ildə 14.05 mln. manat idi. Fond mənfəət vergisi ödəməyib. Çünki, 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş dəyişikliyə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli, 414 nömrəli Fərmanına əsasən Fondun gəlirləri 1 yanvar 2019-cu il tarixindən etibarən mənfəət vergisindən azaddır.

22222

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər