Banker.az-ın verdiyi məlumata görə, 13 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
| Qiymətli kağızın ISIN kodu | AZ2054008688 |
| Emissiya həcmi | 40,000,000 manat |
| Nominal qiyməti | 1,000 manat |
| Hərrac qiyməti | 1,000 manat |
| İstiqrazların tədavül müddəti | 26 il (9360 gün) |
| Faiz dərəcəsi | 3 % |
| Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
| Anderrayter | “İnvest-AZ İ.Ş” QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
İKZF-in ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.








