2 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanəti Fondu fond bazarından ₼50 mln.-luq borc cəlb edir

İpoteka və Kredit Zəmanəti Fondu 2023-cü ildə ikinci dəfə istiqraz buraxır.

Banker.az bu barədə Fondun emissiya prospektinə istinad edir.

Bildirilir ki, nominal dəyəri 1 000 manat olan 50 000 ədəd ipoteka istiqrazları buraxılacaq.

Bu istiqrazların cəmi nominal dəyəri isə 50 mln. manatdır.

Bildirək ki, 2023-cü ilin aprelində ümumilikdə 100 mln. manatlıq istiqraz buraxmışdı və ilin ilk 5 ayında dövlətdən fonda isə 43.8 mln. manatlıq vəsait ayrılıb.

2022-ci ilin ilk 5 ayında 70 mln. manat nominal dəyərində olan istiqrazlar buraxmışdı.

Yeni emissiya ediləcək ipoteka istiqrazlarının illik 3% təşkil edir.

İstiqrazlar 8 280 gün (276 ay) müddətinə buraxılır.

Fondun hazırda buraxdığı istiqrazların ümumi həcmi 1 mlrd. 502 mln. manata çatıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər