10 C
Baku
Thursday, December 12, 2024

İpoteka və Kredit Zəmanəti Fondunun borcları arta-arta gedir

Azərbaycanın İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) öhdəliklərinin həcmi 2022-ci ilin ilk yarısında 1.2 milyard manat üzərinə çıxıb.

Bunu Banker.az Fondun yarımilik maliyyə hesabatına istinadən xəbər verir.

Fondun öhdəliklərinin həcmi son bir ildə 31 faiz artaraq 1 milyard 272.01 milyon manat olub.

Buraxılmış ipoteka istiqrazları üzrə onun borclarının həcmi 1 milyard 186.82 milyon manata yüksəlib. Bu da son bir ildə 25% artımdır. İpoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirən Fond artıq bir neçə ildir ki, ipoteka istiqrazları emissiya edir. Qeyd edilən 1.19 mlrd. manatlıq borc həmin qiymətli kağızlar üzrədir.

Onun faiz və subsidiyalar üzrə nəzərdə tutulmuş borcları da artıb. Bu növdə olan borc 12.21 mln. manatdan 61.73 mln. manata qədər artım nümayiş etdirib. Əlavə olaraq təxirə salınmış gəlirlər üzrə öhdəliklərin həcmi 3.75 mln. manatdan 10.87 mln. manata qalxıb.

 

 

Son xəbərlər
Digər xəbərlər