6 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanəti Fondunun maliyyə aktivləri tarixi rekord yeniləyir

İpoteka və Kredit Zəmanəti Fondunun maliyyə aktivlərinin həcmi tarixi maksimum yenilədi.

Banker.az xəbər verir ki, bu barədə “RSM Azerbaijan” audit şirkəti tərəfdən verilən rəydə deyilir.

1 yanvar 2021-ci il tarixinə maliyyə aktivlərinin həcmi 1 milyard 344 milyon manat təşkil edib. Bu da illik müqayisədə 28% artım deməkdir.

İKZF-in ipoteka kreditlərinin cəmi portfeli 1 milyard 138 milyon manat təşkil edib. Bu portfel isə son bir ildə 14% artırılmışdır.

Fondun banklardakı depozitlərinin həcmi isə 77% artımla 42.54 milyon manata, maliyyə icarəsi üzrə alınacaq haqların həcmi isə bu il 53.37 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər