13 C
Baku
Saturday, November 23, 2024

İpoteka və Kredit Zəmanəti Fondunun xalis mənfəəti 31% artıb

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu 2021-ci ildəki mənfəəti öncəki ildəkini 31.5% üstələyib.

Bu barədə Banker.az-ın əldə etdiyi hesabatla bağlı sənəddə deyilir.

İKZF-in ötən il ərzində 9 milyon 503 min manat həcmində xalis mənfəət əldə edib.

Fondun 1 yanvar 2022-ci il tarixinə olan  ipoteka kreditləri portfeli 1 milyard 411.54 milyon manat təşkil edib, cəlb edilmiş vəsaitlərin həcmi isə 1 milyard  131.19 milyon manatdır.

234234223

 

Fond Nizamnaməsinə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:

  • ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
  • ipoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir;
  • yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;
  • “Elektron ipoteka və kredit zəmanət” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;
  • kreditlərin anderraytinqinə və vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti, habelə bank tərəfindən kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə qanunla müəyyən olunmuş qaydada sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını həyata keçirir;
  • istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
  • ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramları həyata keçirir;
  • sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir.
Son xəbərlər
Digər xəbərlər