7 C
Baku
Sunday, December 15, 2024

İpotekaya görə borcluların evdən çıxarılması – ispan təcrübəsi

İpoteka mənzili, bütünlüklə sizə məxsus olsa da, amma yenə də sizdən müsadirə edilə bilər, əgər siz, hər hansı bir səbəbdən asılı olmasından fərqi olmayaraq, kredit ödənişini dayandırsanız sizi müsadirə gözləyir. Çünki ilk baxışda sizin olduğunu fikirləşdirdiyiniz mənzil son ödəniş həyata keçirilən ana qədər bankın girovudur. Yəni borclunun yeganə yaşayış obyektinin müsadirə edilməsini qadağan edən qanun sizə şamil edilmir. Bəs ondan həqiqətən də ipoteka ilə aldığı daşınmaz əmlak əgər borcalanın yeganə yaşayış yeridirsə, bəs onda o, nə etməlidir? Bəs əgər insanın gedəcəyi yeri və pulu doğrudan da yoxdursa, onda necə? Kimin üçün isə üst-üstə gələn maliyyə problemləri və eyni zamanda da evdən çıxarılma tab gətirə bilməyəcəyi bir zərbə ola bilər.

Həqiqətən də, işdən çıxarılmış, heç cürə yeni iş yeri tapa bilməyən və heç bir əmanət olmayan, bu az imiş kimi evdən çıxarılmaq təhlükəsi ilə üz-üzə dayanan insan nə etməlidir? Bütün bunlar insanı fəlakətə sürükləyə, düşünülməmiş və dəhşətli addımlara sövq edə bilər. İspaniyada 53 yaşlı Amayi Eqan adlı xanımım özünə qəsd etməsi hadisəsi də böyük ictimai rezonansa səbəb oldu. Qadın öz mənzilindən məcburi köçürülmə ilə bağlı bildiriş aldıqdan sonra, özünü yaşadığı mənzilin pəncərəsindən ataraq həyatına son qoymuşdur. Mənzil isə ipoteka ilə alınmışdır. Vətəndaş cəmiyyətlərində belə hadisələrə nəzərə çarpmadan ötüşmür, buna görə də İspaniyanın etiraz aksiyaları baş qaldırır.

Ölkə onsuz da çətin vaxtlarını yaşayır, insanlar işlərini itirir, yaşmaq getdikcə çətinləşir. Banklar itkilər ilə üzləşir, borcluların sayı daima artır. Avropa ölkələri içərisində böhran ən güclü zərbəni məhz İspaniyaya vurmuşdur. Beləliklə, ipoteka borcunu ödəyə bilməmək üzündən evdən çıxarılmaq məcburiyyətində qalan Amayi Eqananın intiharı cəmiyyət tərəfindən belə ağrılı qarşılandı. Hətta Amayinin borclu olduğu bank vandalizm hərəkətlərinin qurbanına çevrildi. İnsanlar bütün yığılıb-qalmış acıqlarının əvəzini bankdan çıxmaq qərarına gəldilər.

Bankın rəhbərliyi məsələnin bütün ciddiliyini dərk edərək, qəti addımlar atmaq qərarına gəldi, borcluların evdən çıxarılması iki illiyə dayandırıldı. Situasiya stabilləşənə qədər vəziyyət belə davam edəcək.

Bəs sonra nə olacaq, bank yenə də əvvəlki kimi borcluların sadəcə evinin əlindən alındığı əvvəlki vərdişə qayıdacaqmı? Axı belə əks-səda doğurmuş məsələ, İspaniya hakimiyyətinin diqqətindən kənarda qala bilməzdi. Çünki onlar müvəqqəti və zahiri stabillik əvəzinə problemin real həllinin tərəfdarıdırlar. Beləliklə Mariono Raxoy Brey mövcud qanunvericiliyə dəyişiklik etmək və borcluların mənzildən məcburi çıxarılması praktikasını ləğv etməyin lehinə çıxış edib. Bundan əlavə o, borcluların evdən çıxarılmasını borcun yenidən strukturlaşması (kreditin restrukturizasiyası) prosedurası ilə əvəz etməyi təklif edib.
İspaniyada hal-hazırda ipoteka borclar ilə bağlı ciddi problemlər mövcuddur.  Son dörd il ərzində 350 min insan ipotekanın ödənməməsi səbəbindən evindən çıxarılıb. Bu isə elə ətraf qəsəbələr də daxil olmaqla Sumqayıt boyda şəhərin əhalisinə bərabərdir. Amma ümumilikdə götürdükdə hər bir belə hal nəinki insanın şəxsi faciəsi, həm də bankın və bütünlükdə bank sisteminin böyük problemidir.350 min isə artıq bütünlükdə ölkə iqtisadiyyat üçün problemdir. İspaniya üçün isə evdən çıxarılmaq  350 min borclu-əsl zərbədir.

Bundan başqa böyük sayda borcluların olması kredit təşkilatlarının böyük itkiləri ilə nəticələnir. İspaniya bankının verdiyi məlumata əsasən 2012-ci ildə dövriyyədə olam ipoteka kreditlərinin ümumi dəyəri 644 milyard avro təşkil edir ki, onlardan 21 milyardı ödənilməyib.

2012-ci ilin statistik məlumatlarına əsasən dövriyyədə olan ipoteka kreditlərinin ümumi miqdarı 644milyard avro təşkil edir. Bu kreditlərin 21 milyardı qapanmayıb. Bunun da əsas səbəbi odur ki, hal-hazırda İspaniyada işsizlik səviyyəsi bütün Avrozona üzrə ən yüksəkdir. 2012-ci ilin üçüncü rübünün yekunlarına əsasən, işsizlik 25%-ə çatıb, xüsusən də cavanlar arasında nəticə daha acınacaqlıdır (yaşı 25-dən az olanların 52%-i işsizdir). Artıq beş rüb ardıcıl şəkildə İspaniyada resessiya davam edir. Mariano Raxoy artıq bəyan edib ki, carı il İspaniyanın iqtisadi artımı baxımından ən pis il ola bilər. Lakin bununla yanaşı 2013-cü ildə iqtisadi tənəzzül zəifləyəcək, daha bir il sonra isə ölkə yenidən ÜDM-in artımı müşahidə olunacaq.

Azərbaycanda isə vəziyyət daha qənaətbəxşdir. Bizdə ipoteka borcunu ödəyə bilməmək hələ ki, intihara səbəb olmayıb. Əksinə ipoteka kreditlərinə olan maraq daha da artır, bunun da əsas səbəbi Bank hesabına verilən kreditlərin azlıq təşkil etməsidir. Əhalisi isə verilən hər iki ipoteka kreditlərinin şərtlərinin (istər ipoteka fondunun vəsaiti hesabına olsun, istər də bankların öz vəsaiti) sadələşməsini gözləyir. Hal-hazırda isə tələb təklifi çox üstələyir və banklar öz müştərilərini seçməkdə daha ehtiyatlı davranırlar.

2012-ci ilin yanvar-oktyabr ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 50,6 milyon manat təşkil edib. Bu ilin on ayı ərzində AİF 23 milyon manat həcmində istiqrazlar yerləşdirib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan – 2006-cı ildən 2012-ci ilə qədər 420 milyon manatdan çox ipoteka krediti ayrılıb.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan çox olan borcalanların payına düşür.

Ona görə də bizdə qaytarılmayan ipoteka kreditləri ilə bağlı problem avropadakı qədər kəskin dayanmır. Çünki Avropada ipoteka daha məşhurdur və onun əldə edilməsi daha asandır. İspaniya iqtisadiyyatı isə daşınmaz əmlak bazarının iflası üzündən çox ciddi zərər çəkmişdir. Daşınmaz əmlak bazarı ilə yanaşı insanların xərcləri də kəskin şəklidə aşağı düşüb. İnsanlar daha az xərcləyir və az borc götürməyə başlayıb. Banklarda öz növbəsində heç də hər kredit müraciətinə müsbət cavab verə bilmir. Axı insanların istənilən anda işini itirə biləcəyi və sonra yeni iş tapmaqla bağlı çətinlik çəkəcəyi işsizlik şəraitində borca pul vermək –bu sadəcə xeyriyyəçilik olardı, bankları işi isə heç də xeyriyyəçilik deyil.

İspaniya artıq beynəlxalq maliyyə təşkilatlarına kömək üçün müraciət edib. Ölkənin mərkəzində olduğu qədər də regionlar da problem vardır. Yunanıstan problemlərinin fonunda İspaniyanın maliyyə çətinlikləri arxa plana keçir. Növbəti ildə İspaniyanın ÜDM-inin artacağı gözlənilir, amma İspaniyanın hələ ki, cari ilə necə başa vuracağı böyük sual altındadır. Bazar ertəsi İspaniya bank sektorunun yenidən kapitallaşması üçün Avropadan 39,5 mlrd avro ($51,4 mlrd) həcmində vəsait istəyib.

Avropadakı bu problemlərin fonunda Azərbaycan həqiqətən də stabillik və rifah adasını xatırladır. Amma nə qədər də qəribə olsa, insanlar böyük məmnuniyyətlə bu stabillik və rifahı Qərbi Avropanın qeyri-stabilliyinə və problemlərinə dəyişməyə razı olardı.

Son xəbərlər
Digər xəbərlər