IQ əmsalını 7 punkt yüksəltməyin yolları

İnsanın İQ əmsalı –kompleks qiymətlənmədir, əksər hallarda u insanlara irsən keçir. Onu artırmaq mümkündür ya, o, sabit və dəyişməzdir? Sonuncu araşdırmalar göstərir ki, insan ağlının baza xüsusiyyətləri, işgüzar yaddaş bizin ümumi intellekt səviyyəmizə təsir göstərir, biz bu parametri yüksəltməklə öz İQ səviyyəmizi artırmağa da yollar açmış oluruq.

İnsanın idrak səviyyəsi böyük bir qisimdə genetika ilə müəyyən olunur. Amma onun müəyyən bir hissəsi təlim və təhsillə yaxşılaşa bilər. Əgər siz İQ səviyyənizi yaxşılaşdırmaq istəsəniz, aşağıdakı bir neçə tövsiyələri sınaqdan keçirə bilərsiniz.

1. Gündəlik tutun

Əgər siz Da Vinçi qədər ağıllı olmaq istəsəniz, onun kimi də hərəkət edin. Öz fikirlərinizi yazın, öz ehtimallarınızı vizuallaşdırın, onları hər tərəfli təsvir edin, rəsmlərini çəkin. Obrazlı düşüncə tərzi – şüurun vacib bir hissəsini təşkil edir.

2. Bağlar -əlaqələr

Bir-biri ilə qəti əlaqəsi olmayan iki fərli əşya haqqında düşünün, məsələn qurbağa və çətir. Onların ortaq nə xüsusiyyəti vardır. Bir-biri ilə ilk baxışda tamamı ilə fərqli olan obyekt arasında mümkün qədər çox əlaqə tapmağa çalışın – bu həm sizin analiz, həm də obrazlı düşünmə qabiliyyətinizi təkmilləşdirəcək.

3. Çox-tapşırıqlılıq

Eyni anda müxtəlif mənbələrdən informasiya qəbul etməyə cəhd edin. Məsələn televizorda təhsilə aid (öyrədici xarakterli veriliş gedən) bir kanal seçin və onu açın, həm də energetik bir musiqini işə salın. Ardıcıl olaraq diqqətinizi bu iki informasiya mənbələrindən biri üzərində cəmləşdirməyə çalışın. Bu sizin hər hansı bir tapşırıq üzərində diqqətinizi cəmləmək qabiliyyətinizi yaxşılaşdıracaq.

4. Toksinlərdən uzaq olun

Əgər siqaret çəkirsinizsə tərgidin. Əgər siz qəhvə və ya tərkibində kofein olan energetik içkilər içirsinizə -onların istehlakını məhdudlaşdırın və ya ümumiyyətlə onları içməyin. Kofein beynin onun fəaliyyəti üçün lazım olan vitaminlərin mənimsəməsi qabiliyyətini aşağı salır.

5. Dərindən nəfəs alın

Beynin fəaliyyətini dərhal yaxşılaşdırmaq baxımından ən asan və ən effektiv üsul dərindən nəfəs almaqdır, daha çox hava daha çox oksigen deməkdir, söhbət qanda və beyində olan oksigendən gedir. Əksər insanlar qeyri müntəzəm şəkildə və səthi nəfəs alırlar. Dərindən nəfəs almağa başlayın və sizin İQ əmsalınız tədricən yaxşılaşacaq. Daha bir tövsiyə -çalışın burunla nəfəs alın.

6. Az-az yemək yeyin

Gün ərzində az-az lakin bir neçə dəfə yeyin. Qidanın bu tip qəbulu sizin beyninizə müntəzəm qan axınını təmin edir. Əgər siz gün ərzində 1-2 dəfə böyük miqdarda yemək yeyirsinizsə, onda dolu mədədəki qidanın həzmi orqanizmin enerjisinin çox hissəsini aparır. Bu isə beyinə lazım olan resursları tükədir.

7. Praktika

Dönə-dönə müxtəlif test tapşırıqları həll edin. Eyni qaydada İQ testləri də edə bilərsiniz. Tanışların və ya həkimlərin sizə nə deməyindən asılı olmayaraq məşq edin, dincəlin və sonra yenə məşq edin. Məşqdən sonra yenə özünüzə rahatlanmaq imkanı verin. Bu zaman həqiqətən də imkanılarınızın necə artdığını görəcəksiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.