“IQAir”: Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olub və İsveçrənin havanın monitorinqi və təmizlənməsi üzrə “IQAir” şirkətinin reytinqində 59-cu yeri tutur.

Bu barədə “IQAir”in məlumatında qeyd olunub.

Qeyd olunub ki, ölkə 2023-cü ildən 2025-ci ilə qədər nəticələri yaxşılaşdıra bilib: əgər 2023-cü ildə havanın keyfiyyət göstəricisi 18,8 mkq/m³ (PM 2,5) təşkil edirdisə, 2024-cü ildə 18,3 mkq/m³-ə (PM 2,5) qədər azalıb, 2025-ci ildə isə 16,4 mkq/m³ (PM 2,5) təşkil edib.

Bununla yanaşı, 2025-ci ildə Azərbaycan reytinqdə 10 pillə irəliləyib (2024-cü ilin yekunları üzrə 49-cu yer).

“IQAir”in qiymətləndirmələrinə görə, Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir. Gürcüstan reytinqdə 56-cı pillədə qərarlaşıb, lakin bu ölkədə havanın təmizlik göstəricisi 2023-cü ildə 16,4 mkq/m³-dən (PM 2,5) 2025-ci ildə 16,9 mkq/m³-ə (PM 2,5) qədər pisləşib.

Ermənistan reytinqdə 24-cü yerdə gəlir: havanın təmizlik göstəricisi 2023-cü ildə 26,4 mkq/m³-dən (PM 2,5) 2025-ci ildə 26,9 mkq/m³-ə (PM 2,5) qədər pisləşib.

Qeyd edək ki, “IQAir” tədqiqatda 9446 şəhər (143 ölkə və ərazi) üzrə məlumatları təhlil edib.