6 C
Baku
Sunday, December 15, 2024

İqdisadçı  – PASHA Holding

PASHA Holdinq İqdisadçı vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İqdisadçı vəzifəsinə tələblər:

• Fəaliyyət göstərilən ölkələrdə (Azərbaycan, Gürcüstan, Türkiyə) mütəmadi olaraq iqtisadi və maliyyə təhlilinin  aparılması;
• Milli statistik məlumat bazaları, eyni zamanda Milli Hesablar Sistemi üzrə zəruri axtarış və təhlillərin həyata keçirilməsi;
• Daxili və xarici steykholderlərin zəruri təhlil və məlumatlar ilə təmin edilməsi;
• Əsas makro iqtisadi və biznes-bazar göstəricilərinin proqnozlaşdırılması üçün sadə modellərin qurulması və reqressiya təhlillərinin aparılması;
• Strateji aktivlərin İFRS-9 metodologiyasının həyata keçirilməsində dəstəklənməsi və müvafiq yardımın göstərilməsi;
• Müvafiq prosesə uyğun müəyyən edilmiş vaxt çərçivəsində stress–test ssenarilərinin formalaşdırılması və kommunikasiyası üçün tələb olunan makro və requlyativ amillərin müəyyən edilməsində yardımın göstərilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İqtisadiyyat sahəsində magist dərəcəsi, xaricdə təhsil və ya PhD dərəcəsi üstünlükdür;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• MS Office proqramları və statistik proqnozlaşdırma proqramları üzrə mükəmməl bilik;
• Güclü ünsiyyət bacarıqları;
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti, rus və ya türk dili üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “İqtisadçı” qeyd olunmalıdır;
• CV-lər  15 noyabr 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər