2 C
Baku
Sunday, December 15, 2024

İqlim dəyişikliyə ilə əlaqədar inkişaf etməkdə olan ölkələr üçün fond yaradılacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Şarm əl-Şeyxdə (MisiR) keçirilən 27-ci Tərəflər Konfransında (COP27) iqlim dəyişikliyinin yol açdığı itki və zərərlərlə əlaqədar inkişaf etməkdə olan ölkələr üçün fond yaradılması barədə razılıq əldə olunub.

Bunu COR-27-nin yekun iclasında çıxış edən Misir xarici işlər naziri Sameh Şükri açıqlayıb.

Konfransda iqlim dəyişikliyinə qarşı mübarizəyə dair ümumi razılaşmaya nail olunub və yekun sənəd yekdilliklə bəyənilib.

BMT Baş katibi Antoniu Quterriş də inkişaf etmədə olan ölkələr üçün fondun yaradılmasını dəstəkləyib: “Aydındır ki, bu, yetərli deyil, ancaq etimadın bərpası üçün zəruri siyasi siqnaldır”.

Son xəbərlər
Digər xəbərlər