10 C
Baku
Wednesday, December 11, 2024

İqlim riskləri ilə mübarizə üçün beynəlxalq fond yaradılır

“Böyük Yeddilik” (G7) ölkələri iqlim riskləri ilə mübarizə üçün beynəlxalq fondun yaradılması barədə razılığa gəlib.

Fransanın xarici işlər, iqtisadiyyat və maliyyə nazirlikləri məlumat yayıb.

Fondun yaradılması ideyası iqlim dəyişikliyinin təsirlərinə həssas olan 20 ölkə ilə müzakirə edilib. Onların fikrincə, təşəbbüs dövlətlərin əhalinin maddi təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Fond sosial müdafiə və sığorta həllərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək, həssas ölkələrdə iqtisadi və sosial inkişafı təşviq etmək məqsədi daşıyır.

Kanada, Danimarka, Almaniya, İrlandiya və ABŞ da fondda iştirak qərarını açıqlayıb. Onların ianələri 210 milyon avro təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər