Tam adı İqor Rauf oğlu Aşurbəyli olan İqor Aşurbəyli Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, “Almaz-Antey” şirkətinin konstruktor bürosunun sabiq rəhbəri (2001-2011) olmuşdur. Bununla yanaşı Texnika elmləri doktorudur.
O Azərbaycanın məşhur Aşurbəyli nəslinin davamçısıdır.
O 9 sentyabr 1963-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1985-ci ildə Azərbaycan sənaye institutunu bitirib. 1988-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bir sıra şirkətlər yaratmışdır. 1989-cu ildə SSRİ Rəyasət Heyətinin üzvü seçilib. Bundan əlavə 1994-cü ildə “Almaz” şirkətinin Baş direktorunun müavini, 1998-ci ildə isə ilk sədri seçilib. 2000-ci ilin sentyabrında isə direktorlar şurasının qərarı ilə şirkətin icraçı direktoru vəzifəsinə layiq görülmüşdür. Hazırda İqor Aşurbəyli “Almaz-Antey” şirkətin İdarə heyətinin üzvü, Rusiya-Britaniya ticarət-sənaye palatasının icraiyyə komitəsinin üzvü, İnformatika və Telekommunikasiya üzrə Rusiya Milli Konqresinin həmsədridir.
İqor Aşurbəyli 100-dən çox elmi işin, 1 ensiklopediyanın və 2 monoqrafiyanın müəllifi, texnika elmləri doktorudur.