Türkiyə məzənnə hesabına tədiyyə balansını nizama salıb. 2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək görərik ki, cari hesablar balansının kəsirini $28,3 milyarddan $11,8 milyarda salıb. Buna mal və xidmətlərin ixracının artırması hesabına nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracını 58,5%, xidmət ixracını 60,5% artırmağa müvəffəq olub. Bu müddətdə idxal da (uyğun olaraq 22,7% və 34,4%) artıb.
Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Birbaşa, portfel və digər investisyaların əhəmiyyətli artması hesabına maliyyə hesabınakı $6,5 milyardlıq kəsir $31 milyardlıq profiitlə əvəz olunub. Nəticədə tədiyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı $42,6 milyard əridiyi halda bu ilin müvafiq dövründə $32,6 milyard artıb.
Banker.az xəbər verir ki, bu barədə şərh verən iqtisadçı-ekspert Samir Əliyev bununla şərhində qeyd edir ki, görünür, Türkiyə hökumətini hazırki addımı atmağa həvəsləndirən də bu göstəricilərdir.
“Yəni ixracı timullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq. Ancaq bu addım qısamüddətli effekt verə bilər və orta-uzun müddətli dönəm üçün fəsadlar yarada bilər və yaradır da. Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı biznes üçün də problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Türkiyənin tekstil sənayesinin xammal idxalından asılılığı var. Ucuz lirə həm də xammalı bahalaşdırır və deməli, ixraca da artım təsiri göstərir” deyə Samir Əliyev qeyd edir.
Samir Əliyeva görə, Əgər ölkədə inflyasiya səviyyəsi milli valyutanın ucuzlaşma səviyyəsinə yaxındırsa və ya yüksəkdirsə, bu halda milli vayutanın real effektiv məzənnəsinin aşağı düşmə səviyyəsi zəifləyir və ixracın rəqabət qabiliyyəti aşağı düşür. “Bank sektorunun dollarlaşması isə gələcəkdə makroiqtisadi sabitliyi sarsıdır. Pandemiya dövründə qlobal bahalaşma fonunda qiymət artımının minimuma endirilməsi əvəzinə artıma dəstək tədbirlərinin görülməsi Türkiyəni yeni iqtisadi böhrana sürükləyir”.