24 C
Baku
Thursday, July 25, 2024

İqtisadçi: “Dollara tələbat artacaq”

Nazim Məmmədov deyir ki, normal vəziyyətin davam etməsi üçün iqtisadi fəallıq artırılmalıdır

Artıq uzun müddətdir ki, dolların məzənnəsində cüzi artıb-azalmalar istisna olmaqla sabitlik hökm sürür.

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı ekspert Nazim Məmmədov Sputnik-ə deyir ki, adətən bazarda əsas satıcılar Dövlət Neft Fondu və Mərkəzi Bankdır: “Son aylarda daha çox Neft Fondunun vəsaiti satışa çıxarılıb. İxracımızın 94 faizə yaxını neft və neft məhsulları təşkil edir. Ancaq digər sahələr ilə bağlı ixracatımız az olduğuna görə satıcılar azdır”. “Normal vəziyyətin davam etməsi üçün iqtisadi fəallıq artırılmalıdır. Yay aylarında insanlar xaricə getməyə daha çox üstünlük verirlər. O zaman dollara tələbat artacaq. Əgər ciddi müdaxilə olmazsa, tələbat artdıqca, dolların kursu da azacıq arta bilər. Hazırda ölkədə ciddi iqtisadi fəallıq görünmür” – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər