10 C
Baku
Wednesday, December 11, 2024

İqtisadçı ekspertdən manatla bağlı əhaliyə 3 məsləhət

Manatın dollara nisbətdə ucuzlaşması xəbəri son günlərin ən şok yaradan xəbəri oldu. Hər yerdə – bazarda, dükanda, avtobuslarda, metroda… bu barədə danışılır. Hamını bir sıra suallar maraqlandırır: Bundan sonra nə olacaq? Əllərindəki dolları (varsa) dəyişsinlərmi? Kredit borclarının sonu nə olacaq və sair.

İqtisadçı ekspert Pərviz Heydərov bununla əlaqədar əhaliyə çox maraqlı məsləhətlər verib. O, manatın dollara nəzərən artıq bahalaşmayacağını bildirib.

İqtisadçı ilk öncə əldə-ovucda olan manatları dollarla dəyişməməyi məsləhət görür: «Mərkəzi Bank bir də belə sərt və gözlənilməz qərarı neftin qiyməti əgər, indiki səviyyədə rəqs edərsə, ən tezi yalnız növbəti ilə yaxın verə bilər… Odur ki, yaxşı olar ki, yalnız banklarda əmanətləri olanlar mövcud məbləğləri ən yumşaq halda 45/55 faiz nisbətində ABŞ valyutasının xeyrinə dəyişsinlər və yeni əmanət qoyanlar isə onu dollar ilə yerləşdirsinlər…»

Pərviz Heydərov daha sonra narahatçılıqlara görə, heç bir ekspertdən (özü də daxil olmaqla) məsləhət almamağı tövsiyə edir: «Burada Amerika açmağa ehtiyac yoxdur! Sadəcə, televiziyadan və mətbuatdan neftin dünya bazar qiymətlərini izləyin – vəssəlam… Düz, yaxın 5 il ərzində… Deməli, neftin 1 barelinin qiyməti nə vaxt ki, 80-85 ABŞ dollarından yuxarı oldu – “qorxmayın”… Necə deyərlər, başınızı salın, işinizlə məşğul olun… Yox əgər, eşitdiniz ki, üzü aşağı gedir və 60 dollardan aşağı düşdü, vəsaitinizi dollara çevirin və yığımı ABŞ valyutası ilə aparın…»

Ekspert həmçinin, “Malakan bazarı” dövrünün artıq, çoxdan tarixdə qaldığını deyib və pulu dəyişməzdən öncə kommersiya banklarına deyil, məhz Mərkəzi Bankın kursuna baxmağa çağırıb: «Bilin və agah olun ki, MB-nin marja deyilən tələbnaməsinə əsasən, istənilən valyutanın alış-satışı məzənnədən +/-2 faiz fərqlə, yəni, Mərkəzi Bankın qoyduğu kursdan aşağı-yuxarı maksimum 2 bənd fərqlə dəyişdirilə bilər… Pulunuzu dəllalların yeminə çevirməyin…»

Faktxəbər

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.