20 C
Baku
Wednesday, April 24, 2024

İqtisadçı-ekspertlərin məktublarına, məcburi şəkildə cavab verilməsi üçün qanunda dəyişiklik edilməlidir

Vergilər Nazirliyi elektron məktubları cavabsız qoyur. Fevralın 8-də nazirə göndərdiyim http://www.taxes.gov.az/modul.php?name=muraciet&file=muraciet məktuba hələ də cavab verilməyib. Səbəb görəsən nədir? Səbəb müxtəlif ola bilər. Cavabdeh şəxslərin  vaxtlarının olmaması və ya göndərilən məktuba  dolğun cavab tapılmaması və sairə. Qanun vericilik nə deyir. Vətəndaşların müraciətləri haqqında qanun 10-cu maddəsinə nəzər salaq.  Maddə 10. Müraciətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Göründüyü kimi, elektron məktub göndərilən vaxtdan 63 gün keç də, elektron məktubdan xəbər yoxdur. Qanunla araşdırılması tələb olunan müraciətin baxılması ən geci 30 iş günüdür amma 39 iş günü keçib. Məsələ ilə bağlı [email protected] ünuvanına da təkrar məktub ünvanlamışam amma yenə də, cavab məktubu gəlməyib. Bundan əvvəl 2 həftə əvvəl http://www.taxes.gov.az/www.taxes/faq/sual.html sual cavab bölümünə bununla bağlı sual ünvanlamışam. Baxmayaraq ki, sual-cavab bölümü inzibati qaydada qanunvericiliyin tələbinə uyğun suallara cavab verir. Hələ də, göndərdiyim elektron məktuba cavab verilməyib. Səbəbi də bu günə kimi mənə aydın deyil. Amma belə bir nəticəyə gəlmək olar ki,sistemdə mənim məktubum olsa da, məktublara seçmə üsulla baxılır. Yəni kompüterdə lotoreya kimi məktublar fırlanır. Nəticədə stop düyməsi sıxıldıqda, kimin məktubu həmin an irəlidirsə ona da baxılır. Ekspert olaraq birinci dəfə deyil ki belə hallarla qarşılaşıram. Maliyyə Nazirliyi ümumiyyətlə elektron məktublar üçün qapadılmış sistemlə işləyir. Bu günə kimi nə qədər elektron məktub göndərmişəm, Maliyyə Nazirliyi tərəfindən ümumiyyətlə baxılmayıb. Hətta bir dəfə, poçtla vətəndaş kimi məktub ünvanlamışdım. Sonda Dövlət Xəzinədarlıq Agentliyinə zəng edib, məktubla maraqlandıqda, məktubumun gəlib çatdığını, amma vətəndaşların məktublarına cavab verilməyəcəyini qeyd etmişdilər. Səbəbini soruşduqda vətəndaşların məktubları anonim məktub kimi qəbul edilir. Çox bəsit bir cavab idi. Belə düşünürəm ki, vəkillərin necə məktublarına məcburi sürətdə cavab verilir, iqtisadçıların da məktublarına məcburi sürətdə cavab verilməsi üçün, yuxarıdakı qanuna bənd əlavə edilməlidir. Səbəb ondan ibarətdir ki, iqtisadçı-ekspertlər həm də vətəndaşların suallarına və qanunda olan dəyişikliyə şərh verirlər. Bu baxımdan da, məktuba orqanlar tərəfindən cavab verilməsi vacibdir.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər