22 C
Baku
Thursday, April 25, 2024

İqtisadçı: “Hamı çalışmalıdır ki, manat öz sabitliyini qorusun”

Kurs və məzənnə mövzusunda gedən müzakirələr bazarda panik hadisələrin yaşanmasına və insanlarda çaşqınlığın yaranmasına səbəb olur. Bunu iqtisad elmləri dokturu, Dövlət İqtisad Universtetinin professoru Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, nədənsə bunun səbəbləri məlum deyil: “O boyda Rusiyada bu məsələyə çox adi yanaşırlar, bizdə isə hamı hər gün bunu müzakirə edir. Biz hamımız psixolojı olaraq inanmalıyıq ki, bizim pul vahidimiz olan manat güclü olub öz sabitliyini qorumalıdır. Bunun üçün hamı çalışmalıdır”.

“Manatın güclənməsi üçün bütün gərəkli addımlar atılmalıdır. Bu, iqtisadiyyatın əsas atributudur. Valyuta sabit olmalıdır ki, xaricdə və ölkə daxilində olan insanlar anlasın ki, bu valyutadan uzunmüddətli perspektivdə investisiya aləti kimi istifadə etmək olar”, — deyə Zahid Məmmədov bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər