İqtisadçı mühasiblər Nazirlər Kabinetinin qərarından narazıdılar

0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli 237 nömrəli Qərarı ilə təstiq edilmiş “Peşakar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşakar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 2.10.2-ci bəndində ali təhsil dedikdə nə nəzərdə tutulur? İqtisadi bakalavr təhsili, yoxsa ümumiyyətlə ali təhsil dedikdə qeyri – ixtisas (baytarlar, aktyorlar, həkimlər, pedaqoqlar və s.)  bakalavr təhsili aiddi?

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə qeyri-ixtisas sahibləri də baş mühasib olmaq üçün imtahan verə bilərlər. Yəni ali təhsilli baytarlar, müəllimlər, zooloqlar, aktyorlar və sair. Bu açıqlamadan sonra NK yuxarıda göstərilən qərarından narazı qalan iqtisadçıların sayı artıb. Mənim özümə bununla bağlı  çoxlu sayda məktublar ünvanlanır. Ekspert kimi mən də bu qərarın, bu hissəsindən dəfələrlə narazılığımı bildirmişəm. Yəni mühasibatlıq sahəsini seçən və bunun üçün ali iqtisadi təhsil alıb bu sahədə neçə illərdi çalışan baş mühasib olan şəxslər, NK yeni qərarına əsasən baytarlarla, zooloqlarla, aktyorlarlarla birgə imtahan vermələrini, bəlkədə yuxularına belə gətirməzdilər. NK bu qərarındakı hissədə ali təhsli iqtisadi olan şəxslər sözü qeyd edilməli idi. Çünki NK qərarı bu sahəni saflaşdırmaq üçün nəzərdə tutulan qərar olsa da, qeyd olunan hissədə bunu görmək olmur.  Ümid edirəm ki, tezliklə bu məsələ həll yolunu tapacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Rauf Qarayev
İqtisadçı – ekspert

Məqalədə qeyd edilən məlumatlar müstəqil ekpertin şəxsi fikridir.