14 C
Baku
Wednesday, November 20, 2024

İqtisadçı: Neft ucuzlaşa, dollar isə yenidən bazarda möhkəmlənə bilər

Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. Bu isə 24 saat ərzində 3% geriləməklə ötən ilin dekabr ayının21-nə olan qiymətə ticarət olunması deməkdir.

70 dollar/barrel psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirir. Bir sıra araşdırma şirkətləri də neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar.

İqtisadçı ekpert Vüqar Bayramov bildirir ki, neftin qiymətinin ucuzlaşmasında təkcə hasilat deyil bir sıra spekulyativ müdaxilələr var: “Əvvəllər də, qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi. Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır.”

 

10978631 916383845073005 2419976084250339141 n
Bayramov

 

Bayramov bildirir ki, bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər: “Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir.”

“Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər. Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər.” – deyə o yazısında bildiri.

Son xəbərlər
Digər xəbərlər