26 C
Baku
Saturday, July 27, 2024

İqtisadçıdan müharibədə vuruşan hərbçilərlə bağlı təklif: Onlara Qarabağda…

Azərbaycan 27 il ərzində işğal edilmiş əraziləri Erməni silahlı birləşmələrindən azad etdi. Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı Xocavənd (Hadrudu qəsəbəsi də daxil) və Xocalının bir neçə kəndi Azərbaycan ordusu tərəfindən nəzarətimizə keçib. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatında müharibənin sona yetdiyini, artıq siyasi müstəvidə bu münaqişənin həll ovunacağını yazırlar.

Bildirilir ki, dekabr ayının 1-nə qədər isə Ağdam, Kəlbəcər və Laçının ərazisindən Erməni silahlı birləşmələri geri çəkiləcək, Azərbaycan ordusunun nəzarətinə veriləcək. Artıq hökumət nümayəndələri bildirirlər ki, həmin ərazilərə “Böyük qayıdış” başlayacaq.

“Azad etdiyimiz torpaqlarda o torpaqların əvvəlki sakinləri ilə birlikdə alnıaçıq, üzüağ yaşamağa ən çox haqqı çatanlardan biri də o torpaqların azadlığı uğrunda canlarını, qanlarını əsirgəməyən əsgərlərdir. Böyük əksəriyyəti gənclərdir” – bunu Elman Sadıqov, iqtisadçı-ekspert Banker.az-a bildirir.

elman sadiqov
Elman Sadıqov

İqtisadçının yanaşmasına görə, Qarabağ uğrunda döyüşənlərin bir hissəsinin evi torpağı yoxdur.

“Onlara həmin rayon və kəndlərdən 15-30 sot (həyətyanı təsərrüfat da yaratmaq üçün 5-6 sot kənddə az olar), göstəricilərdən asılı olaraq çox da ola bilər, torpaq sahəsi ayırmaq və ev tikintisinə də kömək etmək məqsədəuyğun olardı. Onlarda nə erməni mifi var, nə erməni xofu. Gələcək nəsilləri də özləri kimi yetişdirəcəklər. Əsgər, cəbhə yoldaşları ömürlük dost da olurlar. Mehriban ömür sürərlər. Həm də gələcək nəslə motivasiya olar” – deyə, Sadıqov deyir.

İqtisadçı torpağın nemətlərindən faydalanmağa ən çox haqqı çatanların o torpaq uğrunda vuruşanların olduğunu deyir.

“Bu məsələni mükəmməl bir strateji plana çevirib tətbiq etmək olar”, deyə, o bildirir.

Son xəbərlər
Digər xəbərlər