Banker.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) baş verə biləcək yeni maliyyə böhranı barəsində xəbərdarlıq edib.
BVF-nun proqnozlarına əsasən, sözügedən bu maliyyə böhranı G20 ölkələrinin hədsiz borc yükü (təqribən 135 trilyon dollar), həmçinin mərkəzi bankların siyasəti və daha çox riskli əməliyyatlara meyilli olan bazar iştirakçıları sayəsində baş verəcək.
Lakin 2008-ci ildə baş vermiş böhrana müvafiq iqtisadi kollaps gözləmək lazım deyil. BVF ekspertləri bildirib ki, yeni böhran bir qədər zəif olacaq. Lakin hər bir halda dünya iqtisadiyyatına hiss ediləcək zərbə vuracaq.
İqtisadçıların proqnozlarına görə, səhmlərin qiymətləri 15% enəcək, qlobal ÜDM isə 1,7% azalacaq.