7 C
Baku
Thursday, December 12, 2024

İqtisadi artım tempi yüksəlir, işsizlik 5.4 faizdən aşağı düşür – DSK-nin məlumatı

2024-cü il iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 280.6 min nəfər olub, onlardan 4 milyon 996.5 min nəfərini məşğul əhali təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləlliklə, ölkədə işsiz əhalinin sayı 284.1 min nəfər təşkil edib. İyunun əvvəlində işsiz əhalinin sayı 286.6 min nəfər idi. İşsizlik səviyyəsi iyunda 5.44% olduğu halda, iyulda 5.38%-ə düşüb. Bununla belə yuvarlaq işsizlik səviyyəsi 5.4%-də sabit qalmış görünür.

Qeyd edək ki, Azərbaycanda ümumi daxili məhsul istehsalı 2024-cü ilin ilk 6 ayında 59.52 mlrd. manat olmaqla keçən ildən 4.3% çox olub. Bu, bir ay öncə 4.2% idi.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 749.4 min nəfər olub, onlardan 893.1 mini iqtisadiyyatın dövlət sektorunda, 856.3 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İqtisadiyyatın neft-qaz sektorunda 31.9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 717.5 min nəfər çalışır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.3 faizi emal sənayesində, 6.8 faizi tikintidə, 3.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğuldur. Xidmət sahəsində işləyənlərin 18.9 faizi təhsil, 18.6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8.4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 3.1 faizi istirahət, əyləncə və incəsənət, 2.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.

Son xəbərlər
Digər xəbərlər