13 C
Baku
Saturday, November 23, 2024

İqtisadi artımın faydası və xərcləri

Ölkə hökumətlərinin çoxu iqtisadi artımın yüksək həyat standartlarına gətirəcəyini hesab edərək özləri üçün onun yüksək sürətinə nail olmağı qarşılarında məqsəd kimi qoyurlar.   Hökumət pul siyasətini həyata keçirərkən, xərcləri və kreditlərin əldə edilməsini idarə edərək ümumi tələbata təsir göstərməyə cəhd edir.  İqtisadi inkişafın xeyirini təsdiqləyən əsas arqumentlərə və ondan çəkindirən arqumentlərə nəzər salaq. 

Ölkə hökumətlərinin çoxu iqtisadi artımın yüksək həyat standartlarına gətirəcəyini hesab edərək özləri üçün onun yüksək sürətinə nail olmağı qarşılarında məqsəd kimi qoyurlar.   Bundan başqa hökumətlər milli nüfuza nail olmağa çalışırlar. Bu məqsədlərə nail olmaq üçün onlar pul və fiskal siyasət vasitələrindən istifadə edirlər. Pul siyasəti dövriyyədə olan pulun miqdarının dəyişdirilməsi yolu ilə həyata keçirilir.

Hökumət pul siyasətini həyata keçirərkən, xərcləri və kreditlərin əldə edilməsini idarə edərək ümumi tələbata təsir göstərməyə cəhd edir.  Pul siyasətinin effektivliyi investisiyaların elastikliyindən və pula olan tələbatın faiz dərəcəsinə nisbətdə olan elastikliyindən asılıdır. Burada aşağıda göstərilən iki qaydanı qısa ifadə etmək olar.

1.    Pula tələbat digər şərtlər eyni olduğu halda faiz dərəcəsinə nisbətdə nə qədər aşağı səviyyədə elastik olsa, pul siyasəti bir o qədər effektivdir.
2.    İnvestisiyalar digər şərtlər eyni olduğu halda faiz dərəcəsinə nisbətdə nə qədər çox elastik olsalar, pul siyasəti bir o qədər effektivdir.

Hökumətin çap dəzgahı vasitəsi ilə pulun miqdarının artırılması üçün daha bir yolu var: o sadəcə olaraq əlavə banknotlar çap edə bilər.  Mükəmməl rəqabət şəraitində bu ancaq qiymətlərin qalxmasına gətirir. Real iqtisadiyyatda alıcılar və satıcılar yeni şəraitə ləng reaksiya verdikləri səbəbdən, pulun dövriyyədə çoxalması real olaraq ancaq qiymətlərin artmasına deyil, hətta bir qədər iqtisadi artıma da səbəb olur.

Hökumət tərəfindən fiskal siyasət məcmu tələbata təsir etməyə cəhd, ictimai xərclərin həcminin dəyişdirilməsi və vergilərin həcminin nizamlanması vasitəsi  ilə həyata keçirilir.   Əgər hökümət balanslaşdırılmış büdcə saxlamağa çalışmırsa, bu siyasət daha çevik olur. Əgər vergi yığımından daha az vəsait xərclənsə, büdcə profisitinin olması yaxud xərclər vergi yığımından çox olsa, büdcə defisiti tamamilə mümkündür. Sonuncu halda əlavə xərclər istiqraz vərəqələri yaxud yeni pulların çap edilməsi hesabına ödənilə bilərlər.

Fiskal siyasətin effektivliyi pula olan tələbatın faiz dərəcəsinə nisbətində  və investisiyaların faiz dərəcəsinə  nisbətində olan elastikliyindən asılıdır.
Məqsədləri yüksək sürətli iqtisadi inkişaf olan məmurlar nəzərə almalıdırlar ki, artım həm fayda verə, həm də xərclər əmələ gətirə bilər. Səhv qərarlar qəbul etməmək üçün hər ikisini düzgün qiymətləndirmək lazımdır. İqtisadi inkişafın xeyirini təsdiqləyən əsas arqumentlərə və ondan çəkindirən arqumentlərə nəzər salaq.

1. İqtisadi artım həyat standartlarının yüksəlməsinə səbəb olur. İqtisadi artım əhalinin adambaşına düşən gəlirinin artması demək olduğu səbəbindən əhali tərəfindən çox miqdarda yaxud yaxşı keyfiyyətdə (yaxud hər ikisini) olan mal və xidmətlərin hər bir insan tərəfindən istifadəsi üçün imkan yaradır. Əlbəttə, elə ola bilər ki, iqtisadi artım rifahın real deyil, ancaq potensial inkşafına gətirsin.

2. İqtisadi artım yoxsulluğu məhdudlaşdıra bilər. İqtisadi artımın yoxsulluğu məhdudlaşdırması imkanının olması diskussiyaya səbəb ola biləcək amildir. Yoxsulluğun nə olması: onun mütləq yaxud nisbi anlayış olması haqqında bir fikir yoxdur. Əgər o nisbi anlayışdırsa, bu halda yoxsulluq mövcud gəlirlər bölgüsü sistemində iqtisadi artımın olması yaxud olmamasından asılı olmayaraq hər zaman mövcud olacaqdır. Məsələn, əgər hər kəsin gəliri yüz manat artmışsa, bu halda yoxsul həmən nisbi mövqedə və əvvəlki kimi yoxsul olaraq qalacaqdır.  Qeyd etmək lazımdır ki, yoxsullar cəmiyyətin iqtisadi artımından ən az udan hissəsini təşkil edirlər.

3. İqtisadi artım heç kimi daha az təmin olunmuş etməyərək, gəlirlərin ədalətli bölünməsi səviyyəsini yüksəltmək imkanını verir.

İndi də iqtisadi artımın xərclərini sadalayaq. Məhz onlar iqtisadçıların bir hissəsini fasiləsiz iqtisadi artımın məqsədəuyğun olmasına şübhə ilə yanaşmağa vadar edir.

      1. İqtisadi artım çoxlarının udduğunu, lakin bəzilərinin əzab çəkdikləri dəyişikliklərin olmasını nəzərdə tutur. Məsələn, texnoloji tərəqqi çox sayda yeni iş yeri yarada bilər, lakin mövcud iş yerlərini köhnəlmiş və lazımsız edə bilər.  Yeni iş yerinin axtarışı üçün köçmək yaxud yeni sənətlərin mənimsənməsi üçün yenidən oxumağın lazım gəlməsi tərəqqi səbəbindən iş yerini itirənlərin üzərinə böyük xərclər qoyur.

     2. İqtisadi artımın alternativ xərcləri var. Resursların kapitala investisiya olunması hallarında artımın əmələ gəlməsi nəticəsində, investisiyaların olmaması səbəbindən alternativ xərclər cari istehlak fayda verə  bilər. Ölkə investisiya mallarının istehsalına nə qədər çox resurs yönəldə bilsə, bir o qədər böyük iqtisadi artım sürətinin olmasını və gələcəkdə bir o qədər çox istehlak malları gözləmək olar. Bunun xatirinə cari istehlakda qurbanlar vermək gələcəkdə istehsalı planlaşdırılan əlavə istehlak mallarının miqdarından və verəcək qurbanın həcmindən asılıdır.

    3. İqtisadi artım təbii sərvətlərin sürətlə sərf edilməsi ilə əlaqədardır. Fasiləsiz artım əbədi ola bilməz. Yerin resursları məhduddur və çox zaman əvəzedilməzdir. Fikir var ki, bu səbəbdən gələcəkdə hər hansı bir kritik andan artım dayana bilər. Hansı kəşflərin edilməsindən asılı olmayaraq istifadə edilən resurslar sonda sərf edilib qurtara bilər və artımın sürəti nə qədər yüksək olsa kritik an bir o qədər tez baş verə bilər.Bu səbəbdən resursların sərf olunmasının sürətini azaltmaq üçün iqtisadi artımın məhdudlaşdırılması haqqında danışmaq məqsədəuyğun ola bilər.

    4. İqtisadi artım xarici mənfi effektlər əmələ gətirir. Artmaqda olan real milli gəlir cəmiyyətin üzərinə çirklənmə, səs, əhalinin sıx yaşaması kimi xərclər qoya bilər. Əgər bu xərclər düzgün qiymətləndirilsə və real milli məhsulun qiymətinə daxil edilə bilsə, bu halda iqtisadi artımdan olan faydalar haqqında mövcud təsəvvürlər gözə çarpacaq dərəcədə şişdirilmiş olacaq.
Buna baxmayaraq nə qədərki, iqtisadi artım əsasən maksimal milli gəlir əldə edilməsinə can atmağa tabedir, iqtisadi artım faydaya da, xərclərə də səbəb olacaqdır.  Qabaqçıl ölkələr bu istiqamətdə kifayət qədər sürətlə irəliləyirlər.   1-ci cədvəldə ən çox inkişaf etmiş ölkələrin 1870-ci ildən 1985-ci ilədək dövrdə ÜDM-in necə dəyişilməsi göstərilib.

Cədvəl 1. ÜDM-in artımı. 1985-ci ilin nəticələrinin 1870-ci ilin nəticələri ilə müqayisəsi.

Ölkə

Adambaşına ÜDM

Məcmu ÜDM

Böyük Britaniya

4,2

7,7

ABŞ

8,1

50,4

Fransa

8,4

12,0

Kanada

9,0

61,3

Almaniya

10,0

15,6

Finlandiya

12,3

33,6

Norveç

12,4

30,5

Yaponiya

20,8

73,2

 Nəzərə almaq lazımdır ki, gəlirlər haqqında məlumat insanların həyat səviyyəsinin necə dəyişməsi haqqında tam təsəvvür yaratmır. Birincisi, ÜDM-ə əhalinin rifahına az təsir göstərən orduya, təhlükəsizlik və hüquq mühafizəsi  xidmətlərinə olan xərclər daxil edilirlər.  Son yüz il ərzində bu xərclər ÜDM-ə olan faiz nisbətində artmışdı, istehlak payı isə yəgin ki, aşağı düşmüşdür. Rifahın qiymətləndirilməsi üçün malların və xidmətlərin şəxsi istehlakı göstəricisini istifadə etmək daha yaxşı olardı. İkincisi, rifah insanlarda boş vaxt ehtiyatının olmasından da asılıdır. Bu göstərici üzrə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məsələn, ABŞ-da 1870-ci ildə iş həftəsi 60 saatdan çox təşkil edirdisə, indi bu göstərici 40 saatdan az təşkil edir. Son yüz il ərzində boş vaxtın miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Və nəhayət, üçüncüsü, rifah ətraf mühitin keyfiyyətindən, ÜDM-də isə ətraf mühitin qorunması üçün edilən xərclər əks olunmayıb. Son yüz ildən çox müddətdə istehsalın həcmi dəfələrlə artmışdır və çirklənmənin həcmi 8 dəfədən daha çox artmışdır.

Daha bir qeydi də etmək lazımdır. Cədvəldə istehsal edilmiş malların və xidmətlərin qiymətlərinin müqayisəsinin nəticələri göstərilib.  Lakin keçmiş yüz ildən artıq müddətdə malların özləri çox dəyişib: keçmişdə analoqu olmayan mallar istehsal edilməyə başlayıblar. Müasir kompyuterləri, televizorları, sərnişin təyyarələrini nə ilə müqayisə etmək olar? Bütün bu deyilənlərdən, uzunmüddətli dəyişikliklərə ehtiyatla yanaşmağın lazım olduğu irəli gəlir.
Sonda qeyd edək ki insanların öz şəxsi həyatlarından razı qalmaq dərəcələri onların cəmiyyətdə tutduqları nisbi yerlərindən də asılıdır. Adambaşına eyni olan orta gəlir müxtəlif ölkələrdə gəlirlərin müxtəlif bölüşdürülməsi sxemi olması səbəbindən  insanlar  tərəfindən öz vəziyyətlərinin müxtəlif dərəcədə qiymətləndirilməsi ola bilər. İstehsalı inkişaf etmiş ölkələrdə son on illiklərdə gəlirlərin daha bərabər paylaşdırılması istiqamətində hərəkət etməsi qeyd edilirdi, nisbətən yoxsul və zəif inkişaf etmiş ölkələrdə isə varlı insanların dar ətrafı və əhalinin əsas hissəsi arasında olan fərq idi və hətta artırdı.

Son xəbərlər
Digər xəbərlər