24 C
Baku
Monday, April 29, 2024

İqtisadi böhran dövründə yaradılan 9 uğurlu şirkət

Koronavirus pandemiyası bir çox ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərdiyindən, iqtisadçılar gələc üçün ən əlverişsiz proqnozlar verirlər. 

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Lakin buna baxmayaraq, mütəxəssislər iqtisadi tənəzzül dövründə yaranan bir sıra şirkətlərin uğur qazandığını və öz sahəsində ən güclü oyunçulara çevrildiyini xatırladırlar. Bu şirkətlər hansılardır?

General Motors

Şirkət 1908-ci ildə iqtisadi tənəzzül dövründə yaradılıb. 

1907-ci ildə maliyyə bazarlarındakı çaxnaşma 1910-cu ilədək davam etdi. Nəticədə bir çox şirkət iflasa uğradı. 

“General Motors” 1908-ci ildə təsis edilib. Sondakı illərdə şirkət müxtəlif avtomobil brendlərini almağa başladı – “Oldsmobile” və “Cadillac”, 1918-ci ildə isə “Chevrolet”. 

Bu gün “General Motors” təxminən 32 milyard dollar dəyərində qiymətləndirilir. 

Hewlett-Packard

Şirkət 1937-ci ildən 1938-ci ilə qədər davam edən tənəzzül dövründə fəaliyyətə başlayıb. 

Bu tənəzzül 30-cu illərin sonlarında, dünyanın böyük müharibə astanasında olduğu müddətdə başlamışdır. ABŞ-ın ÜDM-si 10% azaldı, işsizlik səviyyəsi 20%-a çatdı. 

Rəsmi olaraq şirkət 1 yanvar 1939-cu ildə yaradılıb. Bu gün “Hewlett-Packard” 22 milyard dollar dəyərində qiymətləndirilir. 

Burger King

İlk “Burger King” restoranı 1950-ci illərdə, Koreyada müharibənin genişləndiyi dövrdə yaradılıb. 

İqtisadiyyatdakı tənəzzül 1953-cü ildən 1954-cü ilə qədər davam etmişdir. ABŞ-ın ÜDM-si 2,2% azaldı, işsizlik səviyyəsi isə 6%-a yüksəldi. 

İlk baxşlarda restorana “Insta-Burger King” adı verilmişdir, 1954-cü ildə şirkət genişlənərək digər şəhərlərdə də fəaliyyətə başladı. 

Bu gün “Burger King” restoranını ildə 11 milyon insan ziyarət edir. 

Hyatt

Şəbəkə ilk otelini 1957-1958-ci illəri əhatə edən tənəzzül dövründə açmışdır. Həmin illərdə ÜDM 3,7% azaldı, işsizlik səviyyəsi isə 7,4%-a çatdı. 

“Hyatt” ın rəsmi saytında qeyd edilmiş məlumata əsasən, sahibkar Cey Pritsker Los-Anceles beynəlxalq hava limanının yaxınlığındakı “Hyatt House” motelini alaraq biznesə başladı. 

Bu gün “Hyatt Hotels Corporation” 5,6 milyard dollar dəyərində qiymətləndirilir. 

Microsoft

“Microsoft” 1973-1975-ci illərdəki neft embarqosundan qaynaqlanan tənəzzül dövründə yaradılıb. Həmin illərdə OPEC ölkələri İsraili dəstəkləyən ölkələrə embarqo qoydu. Nəticədə, neftin qiyməti kəskin artdı, ÜDM 3,4% azaldı, işsizlik səviyyəsi isə 9%-a çatdı. 

1987-ci ildə 31 yaşlı Bill Qeyts “Microsoft” şirkətini yaratdı və o dövrün ən gənc milyarderinə çevrildi. 

Bu gün “Microsoft” 1,3 trilyon dollar dəyərində qiymətləndirilir. Şirkətin 148 465 nəfərdən çox işçisi var. 

CNN

Bu kanal 1980-cı illərin tənəzzülü dövründə yayımlanmağa başlayıb. 

Həmin illərdə FED inflyasiyanın qarşısını almaq məqsədi ilə faiz dərəcəsini 22% səviyyəsində yüksəltdi. Bu, iqtisadiyyatın yavaşlamasına səbəb oldu, ÜDM 2%-dan çox azaldı, işsizlik səviyyəsi 7,8%-a çatdı. 

1 iyun 1980-cı il tarixində “Cable News Network”  və ya CNN kanalı yayımlanmağa başladı. 

2019-cu ildə bu kanalın praym-taym aralığında izləyicilərinin sayı 1 milyonu ötdü. 

Electronic Arts

Bu şirkət video oyun bazarının əsas oyunçularından biridir. “Electronic Arts” fəaliyyətə 1981-1982-ci illərdə başlamışdır. 

Ölkədə işsizlik səviyyəsi 10,8%-a çatdı, enerji bazarının dərin böhran bürümüşdü. 

1982-cı ildə “Electric Arts” şirkəti yaradıldı, bu gün o 33 milyard dollar dəyərində qiymətləndirilir. Şirkətin 9 700-dən çox işçisi var. 

Uber

Bu şirkət 2007-2009-cu illər arasında davam edən tənəzzül dövründə yaradılıb.

Həmin illərdə ABŞ-ın ÜDM-si 4,3% azalmışdır, ölkədə işsizlik səviyyəsi 10%-a çatdı. Tənəzzül 18 ay davam etdi. 

Daşınmaz əmlak bazarı da böhran içində idi, bank sektorundakı çətinliklər isə bir çox maliyyə institutunun iflası ilə nəticələndi. 

Şirkətin saytında qeyd edildiyi kimi, “Uber” 2009-cu ilin mart ayında meydana gəlib. 2018-ci ilin iyun ayında isə onun sərnişin daşımalarının sayı artıq 10 milyarda çatmışdır.  

Airbnb

“Airbnb” startapı da “Uber” kimi 2007-2009-cu illərdə yaradılıb. 

İlk başlarda mənzillərin icarəsi üçün sayt yaratmaq ideyası çox da gəlirli olmamışdır. Buna baxmayaraq, 2019-cu ildə şirkətin kapitallaşması 31 milyard dollara çatdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər