14 C
Baku
Monday, May 6, 2024

İqtisadi böhranların qısa xronikası

“Maliyyə məsələlərində mən keçmişdə əldə edilmiş “dəlillərdən” uzaq olmağı tövsiyə edərdim, çünki zənginlik qazanmağın sirri kitablarda gizlənmiş olsaydı, dünyanın ən zəngin insanlarının siyahısı kitabxanaçılardan ibarət olardı – öz kitablarının birində əfsanəvi investor Uorren Baffet belə yazır.

Amma bu fikrin gerçəkliyini heç bir şübhə altına salmadan, onu da qeyd etmək lazımdır ki, əvvəllər nəyin baş verdiyini bilmək daha dəqiq proqnoz söyləmək üçün olduqca vacibdir. Oxuculara fond bazarlarında baş vermiş ən məşhur birja spekulyasiyalarını təqdim edirik.

Zanbaq maniyası: 1637-ci il, Hollandiya

Müasir spekulyativ maniyaların başlanğıcının əsası 1637-ci ildə qoyulub. Zanbaq yetişdirməyə icazə verən soğanaqlara böyük tələbat olduğu üçün, onların qiyməti qısa zaman ərzində həddindən artıq göylərə yüksəlir. Amma birdən-bir, gözlənilməz şəkildə aşırı dərəcədə populyar olan məhsulun qiymətləri düşməyə başlayır. Birjalarda panika baş verir və bir gün ərzində minlərlə iş adamı bankrot olur.

Missisipi köpüyü: 1720-ci il

Con Lo süni şəkildə Luiziananın zənginliyini və sərvətini şişirdirdi, bu isə 1719-cu ildə Missisipi Company şirkətinin səhmlərinin iri miqyaslı spekulyasiyası ilə nəticələndi. Amma, düz bir ildən sonra kompaniyanın dəyərinin həddindən artıq şişirdilməsi nəticəsində yaranmış köpük partladı. Bu Con Loya heç də neqativ göstərmədi. Nəticədə Con Lo Fransanın maliyyə naziri oldu.

Qara cümə: 1869-cu il

Amerikan bazarının əsl iflası isə maliyyəçilər Ceyms Fisk və Cey Qould öz siyasi əlaqələrindən istifadə edərək, qızıl bazarını zəbt etmək istəyəndə baş vermişdi. 100 ildən çox müddət ərzində bir unsiyaya görə qızılın maksimal qiyməti 162 dollardan yuxarıya qalxmamışdı, spekulyasiyalar səbəbindən yaşanan qalmaqal Ulis Qrant prezident administrasiyasının nüfuzuna xələl gətirdi, Konqresdəki növbəti tədqiqata isə gələcək prezident Ceyms Qarfild rəhbərlik etdi.

1907-ci il panikası

Bu 1907-ci ildə United Copper mis kompaniyasının səhmlərini inhisara almaq istəyən bir müəllifin uğursuz cəhdi səbəbindən baş vermişdir. Brokerlərin və bank oyunçularının növbəti uğursuzluqlarına isə yalnız JP Morqan sığorta kompaniyalarını Trust Company of America-ya dəstək göstərməyə razı salandan sonra son qoyuldu. Böhran sonda Federal Ehtiyatlar Sisteminin yaradılması ilə nəticələndi.

1929-cu il birja iflası

İqtisadçılar hələ də iqtisadiyyat tarixində müşahidə olunan ən güclü böhranlardan birinin hansı səbəblər üzündən yaşanması məsələsində yekdil bir fikrə gəlməyiblər. Amma onun nəticələri hamıya məlumdur: yüksək işsizlik səviyyəsi, bank tətilləri və uzun müddət ərzində davam edən staqnasiya. İflasın baş verməsinin ən populyar səbəbləri arasında həmçinin həmin dövrdə birja səhmlərinin həddindən artıq spekulyasiya edilməsi də göstərilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər