32 C
Baku
Thursday, August 11, 2022

İqtisadi depressiya nədir?  

İqtisadi depressiya – real ÜDM həcminin bir neçə il ardıcıl şəkildə güclü şəkildə azalmasıdır. Burada “güclü” sözünün dəqiq olaraq əlaməti təyin edilməsə də, iqtisadçılar bir ölkənin ÜDM həcminin 2 ildən artıq müddətdə 10%-dən çox azalmasını artıq iqtisadi depressiya hesab edirlər. Digər sözlərlə desək, depressiya – son dərəcə güclü və uzun müddət davam edən durğunluqdur. Digər tərəfdən, depressiyanı böhrandan ayırmağı bacarmaq lazımdır. Böhran qısa müddətli anlayışdır.

 “Depressiya” termini XIX əsr boyu və XX əsrin birinci yarısında iqtisadçılar, siyasətçilər və jurnalistlər tərəfindən fəal şəkildə istifadə olunub.

Tədqiqatçılar XX əsrdə iqtisadid epressiyaya aid bir neçə hadisəni ayırd etmişlər. Böyük depressiya dünyanın inkişaf etmiş ölkələrində 1929-cu ildən 1933-cü ilə qədər davam etmişdir. Bu zaman ABŞ, Böyük Britaniya, Almaniya və Fransada sənaye istehsalı 23-46% enmiş, işsizlik səviyyəsi 20% artmış, beynəlxalq ticarət həcmi iki-üç dəfəyə qədər azalmışdır. 1980-ci illərdə Cənubi Amerikanın Argentina, Braziliya, Çili və Meksika kimi ölkələri də iqtisadi depressiya yaşamışlar. 2011-ci ildə iqtisadi depressiya Yunanıstana da çatdı. Rəsmi məlumatlara görə, bu zaman ÜDM həcmi 15%-ə enmiş, işsizlik səviyyəsi isə 25%-ə qədər qalxmışdı.

Son xəbərlər
Oxşar xəbərlər