Azərbaycanda iqtisadi dövriyyənin 62 %-dən çoxu elektron qaimə-fakturalarla əhatə olunub.
Bunu qurumun rəis müavini Samirə Musayeva bildirib.
O, müxtəlif platformalarda müzakirə edilən məsələlərin vergi siyasətinin formalaşdırılmasında və vergi qanunvericiliyininin biznes mühitinin inkişafı istiqamətində təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayıb, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəticəsində biznesin şəffaflaşma çağırışlarına müsbət reaksiya verdiyini qeyd edib.