31 C
Baku
Wednesday, August 10, 2022

İqtisadi fəaliyyət növlərinə yeni “alt səviyyə” əlavə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni “alt səviyyə” əlavə edib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, “alt səviyyə” mövcud olan hər bir 5 rəqəmli fəaliyyət növünə 7 rəqəmli alt fəaliyyət növləri əlavə edilməklə yaradılıb.

Hazırda vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) uçota alınması zamanı yalnız 7 rəqəmli alt fəaliyyət növlərindən istifadə edilir. 7 rəqəmli alt fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/bir-pencere

Son xəbərlər
Oxşar xəbərlər