20 C
Baku
Sunday, May 26, 2024

İqtisadi fəlakət yaratmış iki “bacarıqlı” şəxs

İngiltərə bankını necə məhv etmək barədə düşünsəniz amerikalı milyarder Corc Soros-a müraciət etməyiniz məsləhətdir. Belə ki, o bunu bir dəfə artıq edib. Bu zaman Böyük Britaniyanın milli valyutası dörd dəfəyə qədər ucuzlaşmışdı. O bunu “qısa satış” adlandırılan qiymətli kağızlarla əməliyyatın köməkliyi ilə bacarmışdı. 

Spekulyant 1992-ci ildə 10 milyard funt dəyərində qısa satış həyata keçirə bilir. 16 sentyabr İngiltərə tarixinə “Qara çərşənbə” olaraq yazıldı. Corc Soros bu fəndi sayəsində 1,1 milyard dollar qazana bildi. O zamandan etibarən isə o “İngiltərə bankını məhv etmiş adam” kimi tanınır.

Pullar heç vaxt çox deyil deyə düşünən uğurlu sahibkar Augustus Heinze öz qardaşı Otto ilə birgə daha da zənginləşmək üçün plan yaratdı. Mis mədənlərinə sahib olan qardaşlar “qısa pozisiyaları sıxışdırmaq” strategiyasından istifadə edəərk maliyyə bazarında “oyun oynamaq” qərarına gəlirlər.

İlk olaraq, səhmlərin enməsi illüziyası yaradılır, sonra bu səhmlər sürətlə alınır və qiymətlər dəyişir. Bütün sxem bundan ibarətdir. Qardaşların şirkətlərinin səhmlərinin dəyəri 39 dollardan 60 dollara qalxır. Lakin bu zaman naməlum digər bir oyunçu onların bütün planlarını alt-üst edir. Belə ki, qardaşların səhmlərinin dəyəri 85%-ə qədər enir. Bazarda oynanılan bu oyun zəncirvari müflislik dalğası yaradır və tarixdə “1907-ci ilin bank həyəcanı” adı ilə yadda qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər