Dünya İqtisadi Forumunun hesabatına görə, iqtisadiyyatda gender bərabərliyinə nail olmaq üçün orta hesabla 257 il tələb olunur. Texnologiyaların inkişafı və qadınların iş yerlərini itirməsi səbəbindən proqnoz keçən il ilə müqayisədə xeyri pisləşib.
Təhlilçilərin proqnozlarına görə, Avropada gender bərabərsizliyi təxminən 54, Cənubi Amerikada 59, Şərqi Asiyada 163, Yaxın Şərqdə 140, Şimali Amerikada isə 151 ildən sonra aradan qalxacaq.
MDB ölkələrinin bir çoxunun daxil olduğu Şərqi Avropa regionunda gender bərabərliyinə 107, Subtropik Afrikada 95, Cənubi Asiyada isə 71 ildən sonra nail olunacaq. 2006-cı ildən 2029-cu ilə qədər qadın və kişilərin iqtisadi vəziyyətinin bərabərləşmə tempini nəzərə alsaq, bu boşluğu aradan qaldırmaq üçün 257 ilin keçməsi lazımdır.
Qeyd edək ki, iqtisadi gender bərabərliyinə görə 2019-cu ildə birinci yeri İslandiya tutub. Norveç, Finlandiya və İsveç və Nikaraqua ölkələri bu göstəriciyə görə ilk beşliyə daxil olublar. Azərbaycan reytinqdə 94-cü yer alıb.
2019-cu ildə iqtisadi gender bərabərliyinə görə ölkələrin reytinqinin tam siyahısına burada baxa bilərsiniz.