-3 C
Baku
Sunday, December 15, 2024

İqtisadi göstəricilər proqnozları doğrultmayıb: USD məzənnəsi artacaq

ABŞ-da oktyabr ayı üzrə bir sıra önəmli iqtisadi göstəricilər açıqlanıb. Bundan işsizlik göstəricisi proqnozları üstələsə də, digər göstəricilər zəif olub. Belə ki, oktyabrda işsizlik göstəricisi 4,2% proqnozlaşdırıldığı halda, faktiki 4,1% olub.

Orta saathesabı əmək haqqının 0,2% artması gözlənildiyi halda, bu göstəricidə dəyişiklik olmayıb. Həmçinin, kənd təsərrüfatı sektoru xaric məşğulluq göstəricisi 310 min nəfər ehtimalı əvəzində 261 min nəfər artıb. Həmçinin, xarici ticarətin mənfi saldosu sentyabr ayında proqnozlardan 300 mln. dollar çox – 43,5 mlrd. dollar olub.

Nəticədə, dolların ucuzlaşmağa başlayıb. Əsas valyuta cütlüyü olan USD/EUR isə 1,1640 səviyyəsindən 1,1690 səviyyəsinə qədər yüksəlib.

“Report”un analitik qrupu qeyd edir ki, göstəricilərin nisbi zəifləməsinə baxmayaraq, dolların möhkəmlənəcəyi və qısa zamanda 1,16 USD/EUR səviyyəsindən aşağı düşəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər