26 C
Baku
Friday, April 19, 2024

İqtisadi inkişaf gündəliyi Azərbaycan iqtisadiyyatının müqavimət bacarığını daha da artıracaq

Azərbaycan hökuməti iqtisadi inkişaf gündəliyi təqdim edir və bu, ölkə iqtisadiyyatının müqavimət bacarığını daha da artırmağa imkan verəcək.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla da Azərbaycan beynəlxalq donorlar qrupuna qatılıb. Onun sözlərinə görə, bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verir, həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı götürdüyü öhdəlikləri özündə ehtiva edir.

“Azərbaycanın 2030-cu ilə baxışı, həmçinin sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın gələcək inkişafının əsaslarını təşkil edir. Eyni zamanda, bu sənədlər çərçivəsində qəbul edilən 5 prioritetə nail olmaq üçün yaşıl transformasiya əvəzedilməz amildir”, – deyə S. Maykl bildirib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər