“Azərbaycan iqtisadi islahat modelinin tətbiqində Əfqanıstana kömək edəcək”.
Bu barədə Azərbaycanda İqtisadi İslahatların Təhlili üzrə Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, bununla bağlı Əfqanıstanla anlaşma sənədi imzalanıb.
V. Qasımlı qeyd edib ki, islahatların ardıcıllığı önəmlidir: “Bu baxımdan Azərbaycan idarəetmə modeli unikal modeldir”.
©APA