23 C
Baku
Wednesday, May 29, 2024

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aşağıdakı vəzifələrə vakansiya elan edir:

– baş analitik;
– aparıcı analitik;
– analitik;
– kiçik analitik.

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 1 dekabr 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiya” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər