14 C
Baku
Thursday, November 21, 2024

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən ili zərərlə başa vurub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2023-cü ili 162 min manat zərərlə başa vurub. 2022-ci ildə Mərkəzin zərəri 36 min manat olub ki, bu da illik müqayisədə zərərin 4.5 dəfə artması deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməliyyat gəlirləri 4.5% azalaraq 233 min manat, qeyri-əməliyyat gəlirləri 2 dəfəyə yaxın artaraq 2.586 milyon manat təşkil edib.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər