-1 C
Baku
Friday, February 21, 2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinatlar olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinatlar olub. Belə ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.

İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.

V.Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.

Son xəbərlər
Digər xəbərlər